İranın hücumundan sonra İsraildən qaçdığı iddia edilən Maksim Qalkin ÜZƏ ÇIXDI - VİDEO

Hazırda oxunan: İranın hücumundan sonra İsraildən qaçdığı iddia edilən Maksim Qalkin ÜZƏ ÇIXDI - VİDEO

187095

İranın İsrailə hücumundan sonra Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, yumorist Maksim Qalkinin övladları ilə birgə ölkəni tərk etdiyi iddia olunub.

Bizim.Media xəbər verir ki, Maksim yayılan bu xəbərlərə sosial şəbəkə hesabında aydınlıq gətirib.

Qalkin videoaçıqlama paylaşaraq bunların şayiə olduğunu və İsraildən getmədiyini bildirib.

"Sakit ol, mən İsraildəyəm. Və İsrailin hava hücumundan müdafiəsinə uğurlar arzulayıram. İsraildə olmasaydım belə, yenə də bunu istəyərdim", - deyə Maksim vurğulayıb.

Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə doğru yüzlərlə pilotsuz təyyarə və raket atıb.

Qeyd edək ki, Puqaçova və Qalkin övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb. Alla yenidən Rusiyaya qayıtsa da, cütlüyün Londonda məskunlaşmağa hazırlaşdığı bildirilib. Lakin sonradan məşhur ailə yenidən İsrailə qayıdıb.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO