Cavanşir Məmmədov bahalı avtomobili ilə qaydaları pozdu - ANBAAN VİDEO

Cavanşir Məmmədov bahalı avtomobili ilə qaydaları pozdu - ANBAAN VİDEO

Hazırda oxunan: Cavanşir Məmmədov bahalı avtomobili ilə qaydaları pozdu - ANBAAN VİDEO

186550

Əməkdar artist Cavanşir Məmmədov yol hərəkəti qaydalarını pozub.

Bizim.Media xəbır verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, C. Məmmədov bir müddət əvvəl verilişlərin birində 90 min manata satışa çıxardığı retro "Rolls Royce" markalı avtomobili ilə köbud şəkildə qaydaları pozub.

Sənətkar nəqliyyat vasitəsini idarə edən zamanı həm təhlükəsizlik kəmərini taxmayıb, həm də sükan arxasında telefonla danışıb.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən təhlükəsizlik kəməri taxılmadığı halda sürücü 150 manat məbləğində cərimə edilir.  Sükan arxasında telefonla danışmaq  isə İnzibati Xətalar Məcəlləsinin 155. 6-ci maddəsi ilə tövsif olunur və xətalara görə 50 manat məbləğində cərimə müəyyən edilib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO