Xatun: “Keçmiş qayınatam oğlumla evlərindən qeydiyyatdan çıxmağımız üçün bizə pul verdi” - VİDEO

Xatun: “Keçmiş qayınatam oğlumla evlərindən qeydiyyatdan çıxmağımız üçün bizə pul verdi” - VİDEO

Hazırda oxunan: Xatun: “Keçmiş qayınatam oğlumla evlərindən qeydiyyatdan çıxmağımız üçün bizə pul verdi” - VİDEO

186511

“Birinci ərimdən ayrılıb gələndən sonra onunla qaldığım evdən yaşayış hüququ qazandım. O evə oğlum Adil ilə bərabər qeydiyyata düşdüm. Sonra rəhmətlik qayınatam bizə başqa yerdə ev almağınız üçün pul verdi. Dedi, gedin özünüzə başqa yerdə ev alın və bu evdən qeydiyyatdan çıxın. Bu məsələ məhkəmə olmadan öz həllini tapdı. O ev də onların özündə qaldı və özlərinə də qismət olsun. Bizə qalmasın, çünki heçnədə gözümüz yoxdur. Oğlum Adilin şükürlər olsun ki, hər şeyi var”. 

Bizim.Media  xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Sənətçi bildirib ki, pandemiyada keçmiş qayınatası oğlunun (Xatunun həyat yoldaşı – red.) evindən qeydiyyatdan çıxması üçün ona və oğlu Adilə pul verib: 

“Keçmiş həyat yoldaşımın ailəsi, nəsli, kökü Şüvəlanda sayılıb, seçiləndir. O kənddə hansı toy olursa orada iştirak edirəm. Onlar necə lazımdırsa, ürəklə məclislərində iştirakıma görə pul verirlər. Pandemiya ərəfəsində qayınatam mənə pul verdi. Mən isə o pulu oğluma verdim. Dedim ki, nə istəyirsən et... Hərdən düşünürəm ki, qayınatam o pulu bizə verməsəydi, biz nə edərdik? Allaha qurban olum... Pandemiya ərəfəsində biz işləmirdik. O pul olmasaydı məndə bir çox sənətçilər kimi məcbur olacaqdım avtomobilimi, evimi və ya qızıllarımı satmağa. Əslində satmaq lazımdır. Əgər həyatda çətin vəziyyətdəsənsə satmalısan. Onları yığmaqdansa özünü yaşat”. 

Xatun vurğulayıb ki, illər əvvəl “Sovetski” ərazisində yerləşən baba mülkləri  söküləndə onlara 15 min manat pul verilib və  özünə Yeni Yasamalda ev alıb:  

“”Sovetski” kimi tanınan “Mirzağa Əli 1” küçəsində doğulub, boya-başa çatmışam. 172 saylı məktəbə getmişəm. Orada babamın həyəti vardı. Sonra oranı atam bibimin adına keçirdi. Biz oradan o vaxtın pulu ilə hardasa 15 min manat pul aldıq. Bu isə çox az məbləğ idi. Mən o pula Yeni Yasamalda iki otaqlı ev aldım. O zaman isə o pul 12500 dollar idi. O pula da ev aldım. “Sovetski”dəki daxma evdə mən, oğlum və anam qalırdıq. Hər şey göründüyü kimi deyil... Sadəcə olaraq yaşamaq üçün mübariz və möhkəm olmaq lazımdır”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO