Xanımı Rəşad İlyasovla ilk tanışlığından DANIŞDI: “Toyda uzaqdan mənə baxırdı” – VİDEO 

Xanımı Rəşad İlyasovla ilk tanışlığından DANIŞDI: “Toyda uzaqdan mənə baxırdı” – VİDEO 

Hazırda oxunan: Xanımı Rəşad İlyasovla ilk tanışlığından DANIŞDI: “Toyda uzaqdan mənə baxırdı” – VİDEO 

186255

“Bu hadisələr 1999-cu ilə təsadüf edir. Təhsil aldığım Tibb Universitetinin 5-ci və ya 6-cı kursu idi. Qrup yoldaşımın toyu idi. O xanımın xalası oğlu Rəşadın dostu olduğuna görə də məclisi ona həvalə etmişdilər. Amma Rəşad o zaman artıq populyar idi. Onu tanıyırdım, çünki efirlərdə görmüşdüm. Gizli pərəstişkarı idim. Çünki bizim ailəmizdə atam musiqiçidir. O, qarmon ifaçısıdır. O, ansambl rəhbəri olub. Musiqi məktəbində də müəllim olub. Sözümün canı odur ki, efirdə Rəşadın “Çardaş” adlı klipi yayımlananda atam deyirdi ki, çox istedadlı oğlandır. O klip efirdə yayımlananda atamı da çağırırdıq, özümüz də oturub bir yerdə baxırdıq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasovun həyat yoldaşı, həkim-pediatr Gülnarə İlyasova əri ilə qonaq olduğu “Günaylı gün” verilişində deyib. 

Sənətçinin xanımı Rəşad İlyasovla tanışlıqlarının hekayəsindən söz açıb: 

“O zamanlar “ABA” telekanalı var idi. O kanalda “Nyam-nyam” adlı mətbəx verilişi yayımlanırdı. Orada məşhurlar öz aralarında yemək bişirib, yarışırdılar. Az əvvəl danışdığım o toy məclisindən bir gün əvvəl isə Rəşad həmin verilişdə “paytaxt” salatı hazırlayırdı. Həmkarı Nurlan Əzizbəyli ilə yarışırdı və orada ona uduzmuşdu.

Çünki salata duz qatmamışdı. Sabahısı gün getmişəm qrup yoldaşımın toyuna. Biraz da ora tez getmişdim. Orada da Rəşad və onun musiqiçilərindən olan ansamblı səsləri tənzimləyirdi. Rəşad da həmin an mikrofonun səsini tənzimləyirdi. Onu gördüm daha sonra keçdim, yerimdə oturdum.
Üzümü çevirib gördüm ki, Rəşadın mikrofonunun tənzimlənməsi yaddan çıxıb, fikrini cəmləyib və uzaqdan mənə baxır. Amma bunu boynuna almır. Zarafat bir yana... İlk görüşümüz o cür olub. Amma toydan sonra qrup yoldaşım, rəfiqəm mənə zəng vurub söylədi ki, bəs, Rəşad da dostuna söyləyib və yaxından tanış olmaq istəyir. Amma telefon nömrəmi gec tapdı”. 

Qeyd edək ki, həkim-pediatr Gülnarə adlı xanımla ailəli olan Rəşad İlyasovun Mirzə və Leyla adlı övladları var. 
 





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO