Aşıq Samirə Əliyeva müğənni Natavan Həbibinin mahnısı oxuyub.
Bizim.Media xəbər verir ki, aprelin 4-də "Araz FM"in 13 yaşı tamam olması münasibəti ilə "Yeni Avaz" adı altında təqdim olunan layihədə Samirə Natavanın repertuarında yer alan "Qısqana-qısqana" hitini səsləndirib.
Sözügedən bəstə aşığın ifasındə "Xəzər TV"nin rəsmi "Instagram" hesabında paylaşılıb. İzləyicilər tərəfindən Natavanın nəğməsi Samirənin ifasında maraqla qarşılanıb.
Qeyd edək ki, "Qısqana-qısqana" mahnısın sözləri Orxan Mürvətliyə, musiqisi isə Fərid Kərimliyə məxsusdur. Natavan bu nəğməni 5 il əvvəl oxuyub. Bu mahnı ifaçının rəsmi "YouTube" kanalında 13 milyon dəfə izlənilib və 88 min bəyənmə toplayıb.
Rəşad Əliyev, Bizim.Media