“Həyatımda aşiq olduğum biri var. Bu səbəbdən də işıq saçıram. Dolça bürcüyəm, ciddiyyət məni bir az qorxudur. Sevirəm və sadəcə yaşayıram. Artıq bir ilə yaxındır birlikdəyik".
Bizim.Media xəbər verir ki, bu sözləri Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.
Yeni eşqə yelkən açan sənətçi sevgilisindən söz açıb. Renka yeni sevgilisinin ona tamamilə başqa bir həyat göstərdiyini bildirib:
"O, mənə həyatı tamamilə başqa cür göstərən insandır. Özüm özümə belə başqa tərəfdən baxdım. Birinci adamdır ki, mənim xasiyyətimə dözür, mənim görmədiyim daha maraqlı həyatı göstərir mənə. Şan-şöhrət, pul demirəm. Tamamilə başqa həyat. Mən bu yaşıma kimi o həyatı yaşamamışam. O qədər maraqlı, o qədər dərin insandır ki, mən heç fikirləşməzdim ki, belə insan olar. Çox kaprizliyəm. Evdə də beziblər mənim əlimdən. Restoranda yeməyi belə düzgün gətirməyəndə oturub ağlayıram”.
Qeyd edək ki, Rəna Ağamuradovanın Murad adlı bir oğlan və Namiliya adlı bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media