Xəbər verdiyimiz kimi, bir sıra məşhur xanəndələr növbəti dəfə Şuşaya səfər ediblər.
Bizim.Media xəbər verir ki, Xalq artistləri Mənsum İbrahimov həmkarları ilə birgə çəkilən görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Mənsum Xalq artisti Nəzakət Teymurova, Əməkdar artist Təyyar Bayramov və digər sənətçilərlə birgə İsa Bulağı ətrafında "Şuşanın dağları" mahnısını ifa ediblər.
M.İbrahimov sözügedən paylaşıma "Azərbaycan Milli Konservatoriyasının kollektivi Şuşada tədbirdə. Allah şəhidlərimizə rəhmət eləsin" sözlərini yazıb.
Rəşad Əliyev, Bizim.Media