“Bəxt üzüyü”nün Moşusu: “3 il əmim qızının evində yaşamışam” – VİDEO 

“Bəxt üzüyü”nün Moşusu: “3 il əmim qızının evində yaşamışam” – VİDEO 

Hazırda oxunan: “Bəxt üzüyü”nün Moşusu: “3 il əmim qızının evində yaşamışam” – VİDEO 

185790

Xalq artisti Valeh Kərimov açıqlaması ilə diqqət çəkib. 

Bizim.Media xəbər verir ki, 80 yaşlı sənətkar qonaq olduğu “Xəzərin sahilində” verilişində bildirib ki, Dənizkənarı Milli Park tərəfdə yaşasa da, orada gəzmək ona maraqlı deyil. 

“Əmim qızı Muzey Mərkəzinin yanında qalır. Ora isə Dənizkənarı Milli Parka çox yaxındır. Mən 3 il onlarla birgə yaşamışam. 3 il ərzində cəmi 4 dəfə bulvara çıxmışam.

Yəni mənə bulvarda gəzmək maraqlı deyil. Bəlkə də bu, uşaqlıqda orada çox gəzməyimdən irəli gəlir. Yəgin orada gəzib, doymuşam. Amma gecə-gündüz rayonlarımızı gəzməyi çox sevirəm”, - deyə Xalq artisti vurğulayıb. 

Qeyd edək ki, Valeh Kərimov ötən ilin martından etibarən Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi işə başlayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO