Sahiblə Elçin efirdə üz-üzə gəldilər:

Sahiblə Elçin efirdə üz-üzə gəldilər: "Bu kini 15 ildir niyə saxlamısan?" - VİDEO

Hazırda oxunan: Sahiblə Elçin efirdə üz-üzə gəldilər: "Bu kini 15 ildir niyə saxlamısan?" - VİDEO

185726

Əməkdar artist Sahib İbrahimov efirdə "Şipşirin" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Elçin Cəfərovdan küsdüyünü açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda Sahib Elçinlə qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb.

İbrahimov Cəfərovdan inciməsinin səbəbini belə nəql edib:

"Mən Mədəniyyət və İncəsənət Universitetini yaşlı vaxtımda oxumuşam. O zaman Elçin də təhsil alırdı. Onunla çox gözəl münasibətimiz var idi. O zamanlar Elçin "Şirin şipşirin" mahnısını oxuyaraq populyarlaşmışdı. Bacım qızının toyu olacaqdı. Bir sıra məşhur sənətçiləri məclisdə çıxış etmək üçün dəvət etdim. Bacım qızı söylədi ki, “Elçin bəyi dəvət edə bilərsiniz?” Mən də söylədim ki, o, mənim kiçik qardaşımdır və bizim çox gözəl münasibətimiz olub. Elçinə zəng vurdum, köməkçisi dəstəyi qaldırdı. Ona söylədim ki, Elçini tələbə yoldaşı Sahib İbrahimov axtarır, mənə zəng etsin. Bacım qızının toyudur Elçini dəvət etmək istəyirəm. Köməkçisi "yaxşı" deyib dəstəyi asdı. 

Üstündən 2 gün keçdi, amma səs-soraq gəlmədi. Növbəti gün yenidən Elçinə zəng etdim. Yenə dəstəyi Elçinin köməkçisi götürdü. O söylədi ki, “bəs mən Elçinə demişəm ki, siz onu bacınızın qızının toyuna dəvət etmək istəyirsiniz. O söylədi ki, mən özüm Sahiblə əlaqə saxlayacağam”. Bu məsələnin üzərindən 10 il keçib, amma Elçin hələ də əlaqə saxlamır. Bəlkə sözü yoxdur... Mənim köməkçim necə ola bilər ki, zəngləri mənə deməsin? Şəxsən mənim köməkçim yoxdur və telefonlara da özüm cavab verirəm. 

Tanıdığım bir çox sənətçilər də telefonlara şəxsən özləri cavab verirlər. Mən Allah qulu olduğum üçün özümə köməkçi saxlamıram. Bayaq kulisdə Elçinlə görüşəndə çox könülsüz görüşdüm. Mən Elçindən çox incimişəm. Qəlbim sınıb..."

Sahibin bu sözlərinə Elçinin cavabı belə olub:

"Sahib sənətkardır. Hətta deyərdim, böyük sənətkardır. Küsülü olanda belə əgər sənə kimsə salam verirsə, o salamı mütləq almalısan. Salam Allah salamıdır. Əziz qardaşım, sən 2009-cu ildən bu yana içində mənə qarşı olan bu kini niyə saxlamısan? Görüşərdik, ürəyindən keçənləri deyərdin. Biz dəfələrlə çəkilişlərdə görüşmüşük. Bu çox xırda söhbətlərdir. Əgər qəlbinə dəymişəmsə, səndən üzr istəyirəm. Mən heç kimin qəlbinə dəyən insan deyiləm. Sahib deyir ki, onun qəlbinə bu hərəkətimlə dəymişəm. Əgər qəlbinə dəymişəmsə, sırf buna görə ondan üzr istəyirəm. Başqa bir söhbətə görə yox".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO