Rusiyada saxlanıldığı iddia olunan Rəqsanədən AÇIQLAMA – VİDEO  

Rusiyada saxlanıldığı iddia olunan Rəqsanədən AÇIQLAMA – VİDEO  

Hazırda oxunan: Rusiyada saxlanıldığı iddia olunan Rəqsanədən AÇIQLAMA – VİDEO  

185665

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb. 

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında Rusiya hüquq mühafizə orqanları tərəfindən saxlanılması ilə əlaqədər yayılan xəbərlərə münasibət bildirib.

Rəqsanə videoaçıqlama yayaraq, bu xəbərləri yalanlayıb:

"Bu boş xəbərlərdir. Mənə heçnə olmayıb. Yalan məlumatlardır. Mənim üçün narahat olduğunuza görə çox sağ olun. Mən evimdə, Moskvada, ailəmin içindəyəm. Aprelin 10-dan sonra isə Azərbaycanda olacağam. Mənim heç bir problemim yoxdur. Yalan məsələlərdir, heç bir şey olmayıb".
Qeyd edək ki, rus teleqram kanallarında yayılmış  məlumata görə, Rəqsanə İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham olunur.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO