2011-ci ildə Azərbaycana “Avroviziya” sevinci yaşadan müğənni Nigar Camal öz adından “TikTok” video platformasında açılmış saxta hesabla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sözügedən məsələ ilə əlaqədar hüquq mühafizə orqanlarına şikayət edən sənətçi sosial şəbəkə hesabında post yayımlayaraq həmin şəxsi bağışladığını açıqlayıb.
“Bir müddət öncə adıma açılmış fan hesabı ilə bağlı şikayət ünvanlamışdım. Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsi məsələyə operativ yanaşdı. Həmin şəxs qısa zamanda tapıldı. Lakin sözügedən şəxsin ailə vəziyyətini və peşmanlığını nəzərə alaraq şikayətimi geri götürdüm və onu bağışladım. DİN başda olmaqla, BŞBPİ-yə və bütün heyətə təşəkkürümü bildirirəm”, - deyə, müğənni yazıb.
Qeyd edək ki, Elşən Məmmədov adlı şəxs “TikTok” video platformasında Nigar Camalın adından pərəstişkarlarına mesaj yazaraq, fotolarını istəyib. Bundan sonra isə onları şəkilləri ilə şantaj edərək, pul tələb edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:46 / 30.03.2024
Nigar Camal polisə verdiyi şəxsi BAĞIŞLADI - FOTO
Hazırda oxunan: Nigar Camal polisə verdiyi şəxsi BAĞIŞLADI - FOTO
Hazırda oxunan: Nigar Camal polisə verdiyi şəxsi BAĞIŞLADI - FOTO
184860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.