Aygün Bəylərin mahnısını ifa edən bacısına Elzadan ETİRAZ: “Əsəbiləşirəm, oxuma!” - VİDEO

Aygün Bəylərin mahnısını ifa edən bacısına Elzadan ETİRAZ: “Əsəbiləşirəm, oxuma!” - VİDEO

Hazırda oxunan: Aygün Bəylərin mahnısını ifa edən bacısına Elzadan ETİRAZ: “Əsəbiləşirəm, oxuma!” - VİDEO

184856

Müğənni Zümrüd Hümbətovanın efirdə mərhum bacısı Əməkdar artist Aygün Bəylərin “Özün günahkarsan” adlı mahnısını oxuması Əməkdar artist Elza Seyidcahanı əsəbiləşdirib. 

Bizim.Media xəbər verir ki, ikili arasında gərginlik onların qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişinədə yaşanıb.  

Zümrüdün bu ifasını eşidən Elza qarşı tərəfin mərhum bacısının nəğməsini oxumasına etiraz edib: 

“Bu mahnını mən Aygünün boğazında eşitməyi öyrəşmişəm. Səndən xahiş edirəm, bundan sonra bacının mahnılarını oxuma. Oxuma, buna ehtiyac yoxdur. Öz repertuarın olsun! Bacın Aygünün mahnılarını oxumaqla yaddaşlarda və bu sənətdə müğənni Zümrüd Hümbətova kimi qalmayacaqsan. Sən Zümrüd kimi və öz repertuarınla yaddaşlarda qalmalısan. 

Aygün öz repertuarını bizim və tamaşaçılar üçün qoydu, getdi. Mən sənin bacının mahnısını oxumağına əsəbiləşdim. Düzdür, bacısısan oxumusan, əla da ifa etmisən, amma bir daha oxuma. Sənə qurbandır, təmənnasız bir mahnı verim, onu oxu. Sən mənim bu dediklərimi başa düşürsən. Sənin bu sənətdə öz yolun olmalıdır. Bu mahnını özün kimi yox, Aygün Bəylər kimi oxumusan. 

Mən bəstəkaram və mənim haqqım var belə danışmağa. Aygünün torpağı heç soyumayıb. Bu mahnıda mən yalnız Aygünü eşitmək istəyirəm, başqa müğənnini deyil. Onun bu mahnıdaki zilləri, cəsarəti, emosiyaları var. Oxuma bacım, əzizim... Sən insanlara qulaq asma, Elza Seyidcahana qulaq as. Sən gecikmisən, sən bu sənətdə öz yolunu çoxdan tapmalı idin. 
Bu sözləri Zümrüdü istəyərəkdən deyirəm. Onun çox gözəl vokalı və səsi var. O çox səliqəli ifa edir. Hətta Aygündə səndə olan səliqə yox idi. O səliqəsiz oxuyurdu. Yəni nə mənada – oxuyanda o gözlərini “qayanın başında” yumurdu, açırdı. Amma düşünmürdü ki, o “qayanın başından” aşağa necə düşəcək. Fikirləşirdi ki, “düşə bilməyəcək” amma düşürdü. Aygün yenilik yaradıb, o yol açıb, o sındırıb çərçivələri... Mən istəyirəm ki, Zümrüdün geyimində də, mahnılarında da imici olsun. Mən sizə yaxşılıq edirəm”. 

Seyidcahanın bu sözlərinə Hümbətova “Mənə heç kim deməyib ki, bacın Aygünün mahnılarını oxuma. Əksinə insanlar mənə söyləyirlər ki, onun mahnılarını oxu. Amma o qədər səsi olmayanlar Aygünün mahnılarını oxuyurlar ki... Aygünün ölüsündən istifadə edib, onun nəğmələrini oxuyurlar. Mən özüm kimi oxumuşam bacımın mahnısını. Mən sizi anlayıram, Elza xanım. Amma sizin deməyiniz ki, “bacının nəğmələrini oxuma”, bu düz söz deyil. Mənim Aygünün mahnılarını yenidən ifa etməyə haqqım var”. 

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 6-da gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO