Əməkdar artist Cavanşir Məmmədov ad çəkmədən gənc həmkarı Zamiq Hüseynovun bir müddət əvvəl müsahibələrin birində söylədiyi "40 ildir oxuyursan, 70 yaşında nə ömrün qalıb?" sözlərinə sərt şəkildə cavab verib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətkar qonaq olduğu "Həmin Zaur" verilişində danışıb.
Cavanşir Zamiqin səsini "traktora" bənzədib:
"O müğənni mənim adımı çəkməyib. Amma deyib ki, bu müğənnilər 70 yaşına çatıblar, amma hələ də toylara gedirlər. Ay qardaş, səsin "traktor" kimi "xır-xır" xırıldayır. Sənin 45 yaşına var, amma oxuya bilmirsən. Mən "nağayrım" (nə edim - red.) sənin üçün (gülür)..."
Rəşad Əliyev, Bizim.Media