Zamiq: “Çadırda yatdığımız yerdə yağış bizi yuyub aparırdı” - VİDEO 

Zamiq: “Çadırda yatdığımız yerdə yağış bizi yuyub aparırdı” - VİDEO 

Hazırda oxunan: Zamiq: “Çadırda yatdığımız yerdə yağış bizi yuyub aparırdı” - VİDEO 

184386

“O zamanlar vaqonda yaşayan məcburi köçkünlər bizdə yuxarıda yaşayırdılar. Biz onlara qonaq gedəndə elə bilirdik ki, onlar villada yaşayırlar. Biz çadırda yaşayırdıq. Vaqon isə əla idi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov qonaq olduğu “10-da görüşək” verilişində deyib. 

Sənətçi yaşadığı məcburi köçkün həyatının çətinliklərindən söz açıb: 

“Dostum Rüfət o gün danışıb deyir ki, səhər yuxudan oyanırdım görürdüm ki, sağ əlim palçığın içindədir. Yağış gəlirdi, yatdığımız yerdə bizi yuyub, aparırdı. Anam vedrə qoyurdu ki, göydən yağan yağış üstümüzə deyil, ora axsın. Biz belə böyümüşük. Bunları heç zaman danışmamışam. Danışanda isə kövrəlirəm. Bu, həyatımın maraqlı anları idi. Bütün bunlara rəğmən biz xoşbəxt idik. İşığımız yox idi. Oyunlar oynayırdıq”. 

Qeyd edək ki, Zamiq Hüseynov Füzuli rayonundan məcburi köçkün düşüb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO