Alla Puqaçovanın “xarici agent” kimi tanınması proseduruna BAŞLANILDI

Alla Puqaçovanın “xarici agent” kimi tanınması proseduruna BAŞLANILDI

Hazırda oxunan: Alla Puqaçovanın “xarici agent” kimi tanınması proseduruna BAŞLANILDI

184359

Rusiyanın Xalq artisti Alla Puqaçovanın “xarici agent” kimi tanınması proseduruna başlanılıb. Estrada ulduzu artıq iki ildən çoxdur ki, xaricdə yaşayır. Bu müddət ərzində Alla dəfələrlə Rusiya Federasiyası ilə bağlı xoşagəlməz açıqlamalarla çıxışlar edib. Bununla əlaqədar ictimai xadimlər davamlı olaraq Rusiya Federasiyasının Ədliyyə Nazirliyini Divanı “xarici agent" kimi tanımağa çağırıblar.  

Bizim.Media xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Federal Layihənin rəhbəri Vitali Borodin məlumat verib. 

“Dostlar, çox vacib xəbər paylaşıram. Müraciətimə Rusiya Federasiyasının Baş Prokurorluğundan cavab gəlib. Alla Puqaçovanın “xarici agent” kimi tanınması proseduruna başlanılıb. Prokurorluq Rusiya Federasiyasının Ədliyyə Nazirliyindən Puqaçovanın xarici agent kimi tanınmasını xahiş edir”, - deyə Vitali şəxsi bloqunda yazıb. 
Yeri gəlmişkən, 74 yaşlı Puqaçovanın əri, şoumen Maksim Qalkin təxminən il yarım əvvəl Rusiyada “xarici agent” statusu alıb. Bundan sonra isə o, ölkədən didərgin düşüb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO