Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Gəl danış" ictimai-sosial verilişində müğənniləri fəhlələrlə müqayisə edərək, onların gördüyü işin müğənnilikdən asan olduğunu bildirmişdi.
Bizim.Media xəbər verir ki, C. Məmmədovun bu açıqlamasına fəhlə kimi çalışan bir nəfər sosial şəbəkə vasitəsilə cavab verib.
MÖVZU İLƏ BAĞLI:
Cavanşir: "Fəhlənin işi müğənnidən yüngüldür, çətin yaşayırıq" - VİDEO
“Əgər dediyiniz kimi fəhlənin işi sizinkindən asandırsa, toyu idarə etmək üçün danışdığın pulu mən sənə verirəm. Gəl, bir gün mənimlə palçıq qarışdır. Aşağıdan yuxarı mərtəbəyə qum daşı, toyda danışdığın pulu sənə verməsəm, nakişiyəm. Sənə meydan oxuyuram, mən sənə fəhləlik meydanı oxuyuram”, - deyə sözügedən şəxs videomüraciətində deyib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media