Xəbər verdiyimiz kimi, “Crocus City Hall” ın konsert zalında silahlı insident baş verib. Bu səbəbdən Xalq artisti Röya Ayxanın Moskvada “Vegas City Hall”dakı konserti təxirə salınıb.
Bizim.Media xəvər verir ki, sənətçi sosial şəbəkə hesabında bir neçə dəqiqə əvvəl baş verən dəhşətli hadisə ilə bağlı videoaçıqlama yayıb.
Xalq artisti bildirib ki, silahlı insident sözügedən məkanın başqa zalında baş verib:
"Bəlkədə mən fərqində deyiləm. Hamı mənə zəng vurur, hamı pisdi. İki dəqiqədən sonra biz səhnəyə çıxacaqdıq. Biz çox yaxşıyıq. Hadisə ikinci zalda olub. Başqa müğənnilərin konsertində... Ümüd edirəm ki, hadisə nəticəsində heç bir azərbaycanlıya heçnə olmayıb".
Baş verən atışma nəticəsində 12 nəfər qətlə yetirilib.Konsert barədə tezliklə ictimaiyyətə məlumat veriləcək. Hazırda “Vegas Hall”da insanlar təxliyyə edilir.
Rəşad Əliyev,Bizim.Media