Cavanşir Quliyev: “Aygün Bəylərin ölüm xəbəri mənim “vəfatıma” təsir etdi” - VİDEO

Cavanşir Quliyev: “Aygün Bəylərin ölüm xəbəri mənim “vəfatıma” təsir etdi” - VİDEO

Hazırda oxunan: Cavanşir Quliyev: “Aygün Bəylərin ölüm xəbəri mənim “vəfatıma” təsir etdi” - VİDEO

183659

“Ölüm xəbərim yayılanda mən müalicə aldığım xəstəxananın reanimasiya şöbəsində idim. Xəbər mənə də gəldi çatdı ki, səni də öldürdülər (gülür). Reanimasiyada olanda bir müddət huşsuz vəziyyətdə idim. Yəni bir sutka özümdə deyildim. Düşündüm ki, ölüm yəqin ki, buna bənzəyir. Sanki uzandım, sonra isə oyandım. Amma sən demə, arasında bir sutka zaman keçmişdi. Bəlkə də ölüm elə şeyə bənzəyir. Bəlkə də başqa şeydir, mən bilmirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev qonaq olduğu “Qapqara” verilişində deyib.

Sənətkar bildirib ki, o, haqqında yayılan “ölüm” xəbərini zarafata çevirib:

“Çalışdım ki, haqqımda yayılan “ölüm” xəbərini zarafata çevirəm. Çünki burada xəbər yazanların və xəbərçilərin bu işdə heç bir günahı yoxdur. Mənə xeyli rəhmət oxudular. Onu da yoxladım (gülür)”.

Haqqında əvvəlcə öldüyü, sonra yaşadığı və daha sonra həqiqətən, dünyasını dəyişdiyi Əməkdar artist Aygün Bəylərin ölüm xəbərini yada salan C.Quliyev bu hadisənin özü barəsində təkrarlandığını dilə gətirib:

“Bilirsiniz ki, Əməkdar artist Aygün Bəylərin ölümü ilə bağlı qarışıq xəbərlər çıxdı. Əvvəl xəbər gəldi ki, Aygün dünyasını dəyişdi. Sonra dedilər ki, həkimi açıqlama verib, onunla telefonla danışıb. Daha sonra isə Aygünün rəsmi ölüm xəbəri gəldi. Bu qarışıqlıq ola bilsin ki, , mənim hadisəmə də təsiri oldu... Bəlkə Cavanşir Quliyev ölüb? Kimsə bu hadisəni qabaqlamaq istəyib ki, yazsın, bu xəbəri və sonra söyləsin ki, ilk növbədə mən dedim. Nəticə olaraq isə bu “reytinq davası”dır (gülür). Mənə oxunacaq və deyiləcək bu qədər “rəhməti” gözləmirdim. Özüm-özümə söylədim ki, insanlar sən Cavanşiri bu qədər istəyirmişlər. Biraz xoş hisslər oldu”.

Qeyd edək ki, Cavanşir Quliyev daha əvvəlki açıqlamasında 5 milyonda bir insanda rast gəlinən nadir xəstəlikdən əziyyət çəkdiyini açıqlamışdı. 

Xatırladaq ki, İstanbulda olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib. Dərhal xəstəxanaya yerləşdirilən bəstəkar əməliyyat olunub. Beyninə qan sızdığı deyilən bəstəkarın ilk günlərdə vəziyyəti ağır olub.Onun müalicəsinə Heydər Əliyev Fondu dəstək verib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO