Xoşqədəm: “Uşaqlarınızı “TikTok”dan qoruyun” – VİDEO

Xoşqədəm: “Uşaqlarınızı “TikTok”dan qoruyun” – VİDEO

Hazırda oxunan: Xoşqədəm: “Uşaqlarınızı “TikTok”dan qoruyun” – VİDEO

183654

“Uşaqlarınızı, ailənizi, evinizi “TikTok”dan qoruyun”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” ictimai-sosial verilişində deyib.

Əməkdar jurnalist efir vasitəsi ilə ailələri, xüsusilə, uşaqları sosial şəbəkələrdən uzaq tutmağa çağırış edib:

“Mən dəhşətə gəlirəm. Dəhşətdir, biabırçılıqdır. Niyə bizdə orta hədd yoxdur? Bizdə sevginin də, nifrətin də ifratıdır. Bütün sahələrdə belədir. “TikTok”a daxil olursan, nələr var, nə biabırçılıqlar var”.

Qeyd edək ki, zaman-zaman bir çox məşhurlar və millət vəkilləri “TikTok” video platformasının milli dəyərlərin pozulması və cəmiyyət üzvlərinin neqativ təsir etdiyini vurğulayırlar. Onların bəziləri sözügedən platformanın Azərbaycanda bağlanmasına dair müxtəlif fikirlər səsləndiriblər.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO