Roza:

Roza: "Nazpəriyə yazıblar ki, sən niyə Zöhrə Abdullayeva kimi ölmürsən?" - VİDEO 

Hazırda oxunan: Roza: "Nazpəriyə yazıblar ki, sən niyə Zöhrə Abdullayeva kimi ölmürsən?" - VİDEO 

183197

Müğənni Roza Zərgərli Xalq artisti Nazpəri Dostəliyevanın imic dəyişimini tənqid edənlərə sərt şəkildə reaksiya bildirib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Elgizlə izlə" verilişində danışıb. 

Roza bildirib ki, izləyicilər Nazpəriyə xoşagəlməz sözlər yazaraq ona qarğış ediblər: 

"Mənim stilistim Babək Nazpərini klipi üçün bəzədikdən sonra onun görüntülərini sosial şəbəkə hesabında paylaşıb. Saytlar isə həmin görüntüləri götürüb, xəbər yazıblar. Sosial şəbəkə izləyiciləri isə Nazpəriyə yazıblar ki, "Səni niyə Zöhrə Abdullayeva kimi ölmürsən?
Axı niyə ölsün? Belə şeylər yazanın dediyi sözlər elə öz başına gəlsin. Nazpəri xanım onsuz da əziyyətli bir yol keçib. O, doğmalarını itirib və zülmlə ayağa qalxıb. Nazpəri xanım sənət fədaisidir. O özünü yenidən sənətə qaytarır, siz isə onu aşağılayırsınız". 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO