Müğənni Mənzurə Musayeva restoranların birində başına gələn hadisədən söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" verilişində bildirib ki, restoranda bir "hamburgerə" 100 manat pul verib.
"Bir dənə "hamburgerə" 100 manat pul vermişəm. O restoranın o qədər bahalı olduğunu bilmirdim. Getdim, orada oturdum. Mən axı nə edim? Durub kimdənsə pul almalı idim? Məcbur olub o "hamburgerə" 100 manat pul verdim", - deyə Mənzurə vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media