Türkiyənin məşhur ulduzu Sibel Canın ifa etdiyi "Tamam o zaman" mahnısı plagiat çıxıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Sibelin səsləndirdiyi sözügedən bəstə aranjiman edilərək qismən dəyişdirilsə də, bu nəğmə mərhum bəstəkar Tahir Əkbərin ərsəyə gətirdiyi və Xalq artisti Məmmədbağır Bağırzadə tərəfindən ifa olunan "Gülüb getdi" mahnısının birə-bir plagiatıdır.
Qeyd edək ki, T. Əkbər "Gülüb getdi" mahnısını 1987-ci ildə bəstələyib. Sibel Can isə bundan 28 il sonra Ayman Bahqat və Tamer Alinin bəstələdiyi sözügedən ifanı dinləyicilərə təqdim edib.
Rəşad Əliyev, Bizim.Media