İtalyan kinematoqrafiyasının ulduzu Monika Belluççi “ODDA” dərgisinin 2024-cü ilin yaz-yay yeni buraxılışının üz qabığının qəhrəmanı olub.
Bizim.Media xəbər verir ki, fotolarda əfsanəvi aktrisa Silvestr Makonun obyektivində cazibədar pozlar verib.
Fotosessiya üçün Monika “Balenciaga”, “Acne Studios”, “Cartier” və digər brendlərin geyimlərindən istifadə edib.
Aktrisa parlaq gəlincik kimi obrazda çıxış edib.
59 yaşlı Monika dərgiyə müsahibəsində yalnız həqiqətən dəyər verdiyi rolları qəbul etdiyini, həmçinin qadınların onun şəxsiyyətinə təsirindən danışıb:
“Uşaqlığımın qadınları mənə gözəl xatirələr qoyub. Qadınlar bir-birlərini sözsüz başa düşürlər, bircə baxış kifayətdir. Sanki onları birləşdirən, ortaq bir ruh var”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:18 / 14.03.2024
59 yaşlı Monika Belluççini bir də BELƏ GÖRÜN - FOTOSESSİYA
Hazırda oxunan: 59 yaşlı Monika Belluççini bir də BELƏ GÖRÜN - FOTOSESSİYA
Hazırda oxunan: 59 yaşlı Monika Belluççini bir də BELƏ GÖRÜN - FOTOSESSİYA
182497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.