“Qurd” ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminovun pianoçu həyat yoldaşı Leyla Namazzadə (Eminova) yeznəsi məşhur şahmatçı Şəhriyar Məmmədyarov və onun həyat yoldaşı ilə bağlı diqqətçəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, iki məşhur ailə bir araya gələrək, çay süfrəsi zamanı çəkilən görüntülərdə sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər.
Leyla və Şəhriyar “TikTok” video platformasında “viral” olan talışların məşhur zarafatı “bir dənə çay verərsən” səsi ilə video çəkiblər.
Pianoçu sözügedən paylaşıma “Şəhriyarın gözündən baxın bir də...” şərhini yazıb. Çəkilən fotolar arasında Leylanın əri Fəridlə də fotoları yer alıb.
Qeyd edək ki, Fərid və Leyla cütlüyü 2022-ci ilin iyulunda valideyn olublar. Onların qız övladı dünyaya gəlib. Leyla Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.
Fəridin isə bu, ikinci evliliyidir. Belə ki, repçi 6 ilə yaxındır ki, ilk həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var. Şəhriyar Məmmədyarov isə xanımı ilə 2017-ci ildə ailə qurub. Bu, onun ikinci evliliyidir.
Rəşad Əliyev, Bizim.Media