Ölkəmizi builki “Avroviziya”da “Fahree” ilə yanaşı o da təmsil edəcək - FOTO

Ölkəmizi builki “Avroviziya”da “Fahree” ilə yanaşı o da təmsil edəcək - FOTO

Hazırda oxunan: Ölkəmizi builki “Avroviziya”da “Fahree” ilə yanaşı o da təmsil edəcək - FOTO

182366

Xəbər verdiyimiz kimi, Azərbaycanı builki nüfuzlu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Fahree (Fəxri İsmayıl) təmsil edəcək.  

Bizim.Media xəbər verir ki, “Fahree” səhnəyə tək deyil, həmkarı müğənni İlkin Dövlətov ilə birgə çıxacaq. 

Bu haqda isə İlkin sosial şəbəkə hesabında məlumat yayıb. 

Dövlətov yarışmada səsləndiriləcək nəğmədə muğam hissəsini ifa edəcək.  

“Avropa gözlə, muğam gəlir”, - deyə İlkin vurğulayıb.  

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda planlaşdırılıb. Təmsilçilərimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcəklər. 




Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO