Van Dammın gəlini gimnast bacısı ilə Avropada GÖRÜŞDÜ - FOTO

Van Dammın gəlini gimnast bacısı ilə Avropada GÖRÜŞDÜ - FOTO

Hazırda oxunan: Van Dammın gəlini gimnast bacısı ilə Avropada GÖRÜŞDÜ - FOTO

182328

Hollivudun əfsanəvi aktyoru Jan Klod Van Dammın gəlini Suada Hacızadə gimnast bacısı Selcanla Avropada bir araya gəlib. 

Bizim.Media xəbər verir ki, musiqiçi Selcanla birgə Litvanın paytaxtı Vilnus şəhərinə gəliblər. 

Şəhəri gəzib-dolaşan bacılar bərabər çəkdikləri fotoları sosial şəbəkə hesablarında bölüşüblər. Şəkillər arasında Vilnusun tarixi – memarlıq abidələri, binaları, eyni zamanda məşhur heykəllər də yer alıb.  

Suada paylaşımına “Nəhayət kiçik bacımla qovuşduğum və tələbə şəhər həyatında xatirələr yaratdığım üçün çox xoşbəxtəm Vilnus” şərhini yazıb. 

Xatırladaq ki,  Suadanın bacısı Selcan Hacızadə bədii gimnastika üzrə dünya və Avropa çempionatının finalçısıdır.    

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.   


 
Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO