Dilarə: “Yenidən sevərək, ilk evliliyimdə yaşadığım travmanı unutmaq istəyirəm” – VİDEO 

Dilarə: “Yenidən sevərək, ilk evliliyimdə yaşadığım travmanı unutmaq istəyirəm” – VİDEO 

Hazırda oxunan: Dilarə: “Yenidən sevərək, ilk evliliyimdə yaşadığım travmanı unutmaq istəyirəm” – VİDEO 

182210

“Mənə evlilik təklifi edən şəxs sənət aləmindən deyil. O məni uzun zamandır ki, tanıyır və sevir. Ona qarşı sevgim olmadığına görə “yox” cavabını verdim. Mən onun xətrini dost kimi istəyirəm, amma ailə qurmaq istədiyim şəxsi gərək, sevim. Məndə də ona qarşı o sevgi yoxdur. Mən ailə qurmaq üçün sevginin tərəfdarıyam. Sevgi çox gözəl hissdir. İnsan bir neçə dəfə sevə bilər”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova “Sözbaz” maqazin verilişinə müsahibəsində deyib. 

İlk evliliyi uğursuz olan sənətçi ikinci dəfə ailə qurması ilə bağlı bunları dilə gətirib: 

“Mən yenidən sevərək, illər əvvəl yaşadıqlarımı (ailə qurub ayrılmasını nəzərdə tutur – red.) unutmaq istəyirəm. Çünki mən həyat yoldaşımla ayrılanda çox travma almışdım. Mən həyatımda sağlam sevgi istəyirəm. İkinci dəfə ailə qursam, həqiqətən də o şəxsi ürəkdən sevməliyəm.

Çünki elə-belə ailə qurmaq istəmirəm. Tək olmaq yaxşıdır. Əslində isə mən tək deyiləm, yanımda ailəm və dostlarım var. Məncə, əgər yarın yoxdursa, sənin özünü yarımçıq hiss etməyin düzgün deyil. Bu qətiyyən belə deyil. Məncə, insan özünü sevəndə, xoşbəxt olanda bu insanları daha da cəlb edir”. 

Dilarə bildirib ki, sevgi məsələlərində ilk addımı heç zaman özü atmır: 

“Mən bir kişiyə görə də ağlaya bilərəm. Məncə, əgər insanı sevirsənsə, ağlamaq olar. Heç zaman ilk addımı mən atmıram. Düşünürəm ki, əgər kimsə sevirsə, yanımda olmaq istəyirsə məni mütləq özü axtarıb tapacaq. Necə xoş olur, insan səni tapanda. Özün qarşı tərəfə yazanda və ya hərəkət edəndə özümü pis hiss edirəm. Fikirləşəcəyəm ki, bəlkə o heç mənim yanımda olmaq istəmirdi. Mən özüm addım atdım.

Nəyisə düzgün etməsəm, səhv olsam qarşı tərəfdən üzr istəyə bilərəm. Bu mənim üçün problem deyil. Amma insan səhv edəndə və məndən üzr istəməyəndə mən buna çox əsəbiləşirəm. Çünki mən üzr istəyə bilirəmsə, o niyə bunu etmir?” 
Qeyd edək ki, D.Kazımova türkiyəli iş adamı Mert Aslanla 2014-cü ilin sentyabr ayında ailə həyatı qurmuşdu. 2018-ci ilin fevralında cütlük rəsmi şəkildə boşanıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO