İsveçi “Avroviziya-2024”də əkiz qardaşlar TƏMSİL EDƏCƏK

İsveçi “Avroviziya-2024”də əkiz qardaşlar TƏMSİL EDƏCƏK

Hazırda oxunan: İsveçi “Avroviziya-2024”də əkiz qardaşlar TƏMSİL EDƏCƏK

181940

“Avroviziya-2024” mahnı müsabiqəsində İsveçi təmsil edəcək ifaçıların adları məlum olub.

Bizim.Media xəbər verir ki, onlar “Unforgettable” (Unudulmaz) mahnısı ilə çıxış edəcək norveçli Markus və Martinus əkiz qardaşlarıdır.

Qardaşlar İsveçi təmsil edəcək ifaçının müəyyən edildiyi “SVT” televiziya şirkəti və İsveç radiosunun hər il təşkil etdiyi “Melodifestivalen” musiqi yarışmasında həm isveçli, həm də xarici münsiflər heyətinin ən çox səsini qazanıblar.

“Melodifestivalen” yarışmasının finalından bir gün əvvəl keçirilən sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edənlərin 24 faizi İsveçi Norveçdən olan duetin təmsil edəcəyinə mənfi münasibət bəsləyir.

İsveç ev sahibi olaraq, “Böyük beşlik” adlandırılan Fransa, Almaniya, İtaliya, İspaniya və İngiltərə ilə birlikdə finalda zəmanətli mövqeyə malikdir.

Qeyd edək ki, “Avroviziya”nın 68-ci müsabiqəsi bu il mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO