Zaur Rzayev:

Zaur Rzayev: "Qonşu qadının əlindən evimi satıb, köçdüm"

Hazırda oxunan: Zaur Rzayev: "Qonşu qadının əlindən evimi satıb, köçdüm"

181918

Xalq artisti Zaur Rzayev illər əvvəl qonşusuna görə yaşadığı evdən köçdüyünü açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində danışıb. 

Z.Rzayev bildirib ki, mənzilinin satmasına səbəb qonşuluğunda yaşayan qadının ona qarqışlar etməsi olub:

"Birinci evim Əhmədli qəsəbəsində olub. Beşinci mərtəbədə yaşayırdım. Bir qadın qonşum var idi, eyni blokda yaşayırdıq. Onun oğlunun da adı Zaur idi. Bilirdi ki, saat neçədə evdən çıxacağam. Hər gün evdən çıxıb avtomobillə gedəndə məni görürdü və oğlunu göndərirdi həyətə. Sonra eyvandan qışqırırdı ki, "Zaur, qalx yuxarı, səni görüm kor olasan! Görüm, sənin səsin batsın!". Bilirdim ki, bu sözləri mənə deyir. Fikir vermirdim və maşınıma minirdim. Səbəbini bilmirəm, ya mənə əsəbiləşirdi, ya da qısqanırdı. O qadının əlindən mən evimi satıb oradan köçdüm".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO