Damla:

Damla: "Oğlum atasının ikinci evliliyindən olan uşaqlarının şəkillərini mənə göndərir" - VİDEO

Hazırda oxunan: Damla: "Oğlum atasının ikinci evliliyindən olan uşaqlarının şəkillərini mənə göndərir" - VİDEO

181914

"Ailəni davam etdirmək alınmadı. Amma oğluma görə keçmiş həyat yoldaşımla münasibətləri davam etdirirəm. Oğlum atası ilə danışır".

Bizim.Media xəbər verir ki, bu sözləri Damla ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova qonaq olduğu "Zaurla Günaydın" verilişində deyib.

Keçmiş həyat yoldaşının oğulları İbrahimlə ünsiyyətini davam etdirdiyini söyləyən sənətçi bildirib ki, o, ikinci dəfə ailə qurub və bu evlilikdən iki övladı var:

"Oğlum təhsil almaq üçün Amerikaya gedəndə onu atası ilə hava limanından bərabər yola saldıq. Sənədlərini də, viza məsələsini də atası ilə birgə hazırladıq. Çünki atasının icazəsi olmadan oğlum ölkə kənarına çıxa bilməzdi. Keçmiş həyat yoldaşım ikinci dəfə ailə həyatı qurub. Övladları var... Allah xoşbəxt eləsin. Oğlum tək deyil, onun qardaşı və bacısı var. Oğlumun bacı-qardaşı ilə normal münasibətləri var. Bəzən onların fotolarını mənə göndərir. Deyir ki, ana bax bacıma, qardaşıma. Mən də bunu gülməklə qarşılayıram. Bəzən deyirəm ki, mənim xəbərim yoxdur... Mənim belə qızım olmayıb. Deyir ana yox, o mənim bacım və qardaşımdır".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO