"Lalə Dadaşovanın oğlu mənim ailəm olub".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova "Dəyişən cavab" verilişində deyib.
Sənətçi Lalə Dadaşovanın oğlu Zaurla illər əvvəl qurduğu evliliyindən söz açıb:
"Bizim evlilik çox az çəkib. Mən istədim ailə kimi olsun, amma təəssüf ki, olmadı. Məcburi heç nə etmək olmaz. İstəmərəm ki, qarşı tərəf çıxıb başqa sözlər desin. Deyək ki, bu məsələ iki tərəfli oldu. Mənim Lalə xanıma və onların ailəsinə böyük hörmətim var".
Qeyd edək ki, Lalə Dadaşova bu izdivac uğursuz olduğunu və 2006-cı ildə oğlu Zaurun ikinci dəfə ailə qurduğu, lakin 7 ildən sonra həyat yoldaşının böyrək çatışmazlığından dünyasını dəyişdiyini açıqlamışdı. Lalə oğlunun birinci evliliyinə narazı olduğu əsas səbəblərdən birinin isə Mehribanla Zaurun yaş fərqi olması olub. Belə ki, Xanlarova 1967, Zaur isə 1973-cü ildən olub. L.Dadaşovanın digər oğlu Natiq 2015-ci ildə uzun sürən ağ ciyər xərçəngindən 35 yaşında dünyasını dəyişib.
- A-
- A
- A+
Şoutaym
10:52 / 10.03.2024
Mehriban Xanlarova: "Lalə Dadaşovanın oğlu mənim ailəm olub" - VİDEO
Hazırda oxunan: Mehriban Xanlarova: "Lalə Dadaşovanın oğlu mənim ailəm olub" - VİDEO
Hazırda oxunan: Mehriban Xanlarova: "Lalə Dadaşovanın oğlu mənim ailəm olub" - VİDEO
181898
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.