“Mənə belə ucuz piar lazım deyil. Bir şey ki, mən qaloş geyinəndə reytinq olur, adi alma yeyirəm, gündəmə düşürəm. Fatimə ilə gündəmə gəlmək mənim nəyimə gərəkdir?”
Bizim.Media xəbər verir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli qonaq olduğu “Dəyişən cavab” verilişində deyib.
Nazilə xına məclislərində rəqibsiz olduğunu bildirib:
“Xına yaxdılardakı çıxışlarımı digər sənətçilər təkrarlayırlar. Mən özümə niyə kimisə rəqib görüm? Yüzlərlə insan var ki, bu gün də şeirlərimdən bəhrələnir və mənim kimi məclislər aparır. Bu sahədə mənə rəqib yoxdur. Bəlkə də var, amma mən o rəqibi hiss etmirəm. Bəlkə də mənə rəqib olan var... Hiss etsəm, etiraf edəcəyəm”.
Rəşad Əliyev, Bizim.Media