Gülşad Baxşıyevadan Rasim Balayevin Kinematoqrafçılar İttifaqına sədr seçilməsinə REAKSİYA – ÖZƏL 

Gülşad Baxşıyevadan Rasim Balayevin Kinematoqrafçılar İttifaqına sədr seçilməsinə REAKSİYA – ÖZƏL 

Hazırda oxunan: Gülşad Baxşıyevadan Rasim Balayevin Kinematoqrafçılar İttifaqına sədr seçilməsinə REAKSİYA – ÖZƏL 

181334

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Rasim Balayev yeni yaranmış Kinematoqrafçılar İttifaqının sədri seçilib. Mövzu ilə bağlı Bizim.Media-nın əməkdaşı Əməkdar artist Gülşad Baxşıyeva ilə əlaqə saxlayıb. 

Aktrisa qurumdakı sədr dəyişikliyini qısa olaraq belə şərh edib: 

“Azərbaycanda kino sahəsi batmayıb, ard-arda filmlər çəkilir. Sadəcə, bədii ekran əsərlərinin forması dəyişilib. Bu sahədə hər zaman inkişaf var və olacaq. Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsini şəxsən mən müsbət qarşıladım. İnsan ölənə kimi ümid edir ki, yaxşı nələrsə olacaq. Biz də ümid edirik ki, kino sahəsi yaxşılığa doğru istiqamətlənəcək”. 

Qeyd edək ki, Kinematoqrafçılar İttifaqına daha əvvəl Xalq artisti Şəfiqə Məmmədova başçılıq edib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO