Keyt Middlton əməliyyatdan sonra ÜZƏ ÇIXDI – FOTO 

Keyt Middlton əməliyyatdan sonra ÜZƏ ÇIXDI – FOTO 

Hazırda oxunan: Keyt Middlton əməliyyatdan sonra ÜZƏ ÇIXDI – FOTO 

181142

Uels şahzadəsi Keyt Middlton uzun müddətdən sonra ilk dəfə paparazzilərə tuş gəlib. Qarın nahiyəsindən əməliyyat keçirdikdən sonra Milad bayramından bəri ictimaiyyət qarşısına çıxmayan Keytin hara yoxa çıxması ilə bağlı sosial şəbəkədə çoxsaylı şayiələr yayılıb. 

Bunların içərisində şahzadə Uilyamın xəyanəti və saraydan qaçmaqdan tutmuş komaya və hətta ölümə qədər bir sıra fərqli fərziyyələr var idi. Bu şayiələri dağıtmaq üçün Kensinqton Sarayı daha əvvəl Keytin vəziyyəti ilə bağlı rəsmi açıqlama yaymışdı. 

Bizim.Media xəbər verir ki, “TMZ” nəşri Keytin şəklini dərc edib. 

Fotoda Keytin anası Kerol tərəfindən idarə olunan avtomobildə oturduğu əks olunub. Fotoqraflar onları “Vindzor” qəsri yaxınlığında görüntüləyiblər. Uels şahzadəsi günəş eynəyi taxıb. Bu səbəbdən onun plastik əməliyyat keçirib-keçirmədiyini anlamaq çətin olub. 
Qeyd edək ki, Keyt Middlton qəfildən səhhətində problemlər aşkar edilən kral ailəsinin yeganə üzvü deyil. Bu yaxınlarda əməliyyat olunan 75 yaşlı Kral III Çarlzda xərçəng aşkar edilib. Lakin Karl diaqnozuna baxmayaraq, ictimaiyyət qarşısına çıxmaqdan çəkinmir. 








Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO