Kristina Orbakayte anası Alla Puqaçovadan danışmaqdan imtina etdi – VİDEO 

Hazırda oxunan: Kristina Orbakayte anası Alla Puqaçovadan danışmaqdan imtina etdi – VİDEO 

181054

Rusiyanın Əməkdar artisti Kristina Orbakayte ölkəsində konsertlərinin kütləvi şəkildə ləğv edilməsi xəbərlərinə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, Sankt-Peterburqdan Moskvaya qatarla gedən sənətçi dəmiryolu vağzalında “Life” nəşrinin kamerasına tuş gəlib. 

Orbakayte konsertlərinin ləğvi ilə bağlı informasiyaları təkzib edib. Kristina onun üçün hər şeyin həmişə yaxşı olacağını və Moskvadakı konsertlərinin baş tutacağını dilə gətirib. Estrada ulduzu anası, Rusiyanın Xalq artisti Alla Puqaçova ilə bağlı sualları cavablandırmaqdan imtina edib. 
Qeyd edək ki, dekabrın əvvəlində K.Orbakayte gözlənilmədən Amerikadan Rusiyaya gedib və “İlin mahnısı” qala-konsertində çıxış edib.

Orada estrada ulduzu dinləyicilərinə sevgisini və onlar üçün darıxdığını söyləyib. Buna baxmayaraq, sənətçinin ailəsi hələ Rusiyaya qayıtmaq niyyətində deyil. Onlar ABŞ-da yaşayırlar. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO