Qızının bu sözləri Məleykəni göz yaşlarına boğdu – VİDEO 

Hazırda oxunan: Qızının bu sözləri Məleykəni göz yaşlarına boğdu – VİDEO 

181036

“Anam ana olaraq çox qayğıkeşdir. Kiçik yaşlarımda mən xəstələnəndə anamın səhnədə çıxışı olsa da, hər şeyi təxirə salıb yanıma gəlib, mənə baxıb, qayğısını və sevgisini göstərirdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədovanın qızı Gülər “O üz” verilişinə müsahibəsində deyib. 

Aktrisanın övladı qayğıkeş anası ilə bağlı dilə gətirdiyi səmimi etirafları ilə diqqət çəkib. Əsədovanın qızı bildirib ki, anası ona atasızlığı heç zaman hiss etdirməyib: 

“Mən anamla dost kimiyəm. O deyir ki, əgər səhvin olsa, birinci gəl mənə de. Buna əsəbiləşsəm də, gün sonuna sənə ən yaxşı məsləhəti mən verəcəyəm. Anam mənsiz yaşaya bilməz. O mənə görə yaşayır. Bəlkə də mənim anam başqa insan olsaydı, anam Məleykə kimi bu qədər qayğıma qalmazdı. Anam mənim üçün həm də ata olub. Uşaqikən atasızlığı, bu boşluğu hiss etməmişəm. Anamdan danışanda çox kövrəlirəm. Çünki onun mənim üçün etdikləri çoxdur (ağlayır). Mən onun yanında ağlamamağa çalışıram. Çünki görəndə məndən daha pis olur.

Məhz bu səbəbdən anama yansıtmamağa çalışıram. Anam ağlayanda göz yaşımı silən, saçımı oxşayandır. O məni çox sevir. Mən də çalışıram, ona o sevginin qarşılığını verim. Onun istədiyi kimi biri olmağa çalışıram. Onu çox sevirəm. Anam deyir ki, bir kitab yaz. Gələcəkdə bunu etməyi düşünürəm.
Xəyallarımda var ki, gələcəkdə anam üçün filmlər çəkdirim. Bunu isə onun adını yaşatmaq üçün etmək istəyirəm. Anama çox güvənirəm və demək istəyirəm ki, hər zaman sənin yanına məsləhət almaq üçün gələcəyəm”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO