Türkiyədə zəlzələdə ailəsini itirən siyasətçi 20 yaş kiçik qadınla EVLƏNDİ - FOTO/VİDEO

Hazırda oxunan: Türkiyədə zəlzələdə ailəsini itirən siyasətçi 20 yaş kiçik qadınla EVLƏNDİ - FOTO/VİDEO

181025

Türkiyədə ötən ilki zəlzələdə həyat yoldaşı ilə oğlunu itirən Ədalət və İnkişaf Partiyasının (AKP) Gaziantep vilayəti üzrə sədri, 52 yaşlı Murat Çətin özündən 20 yaş kiçik vəkil Naz Akdoğanla ailə həyatı qurub. 

Bizim.Media xəbər verir ki, təmtəraqlı şəkildə keçirilən məclis restoranların birində baş tutub. 

Yanvarın 28-də nişanlanan cütlüyün toy mərasimində AKP-nin Təşkilat sədri Erkan Kandemir, AKP-nin Qrup sədrinin müavini Abdülhamit Gül, Gaziantep valisi Kamal Çeber, Kilis valisi Tahir Şahin və digər rəsmilər iştirak edib. 
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dəhşətli zəlzələdə Murat Çətin əvvəlcə diş həkimi olan həyat yoldaşı Aylin Dilbaz Çətini, sonra isə əczaçılıq fakültəsinin tələbəsi olan oğlu Mehmet Fevzi Çətini itirib.  
 











Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO