Kərim Zamiqə ƏSƏBİLƏŞDİ: “Danışsam, gərək çamadanını yığıb Azərbaycandan köçsün” - VİDEO

Hazırda oxunan: Kərim Zamiqə ƏSƏBİLƏŞDİ: “Danışsam, gərək çamadanını yığıb Azərbaycandan köçsün” - VİDEO

181017

Müğənni Kərim Abbasov efirdə əsəbiləşib. 

Bizim.Media xəbər verir ki, hadisə sənətçinin qonaq olduğu “Rəngarəng səhər” verilişində baş verib. 

Proqramın aparıcıları Kərimlə oyun keçiriblər. Oyunun şərtlərinə görə, təqdim olunan rəngli qutuların içindən Abbasov həmkarlarının fotolarını çıxardaraq onlarla bağlı müəyyən açıqlamar verməli olub. 

Müğənni illər əvvəl “Maşın” realiti-şouda qalmaqal yaşadığı “Faytonçu” ləqəbi ilə məşhurlaşan ifaçı Nazim Pişiyarinin fotosunu çıxarıb. Kərim “Nazimin mənfi cəhəti onun eqoist insan olmasıdır. Paxıllığı da çoxdur” sözlərini dilə gətirib. 

Kərim bundan sonra daha bir həmkarının fotosunu çıxarıb. Şəkildə isə onun son günlər qalmaqal yaşadığı Zamiq Hüseynov olub. Hüseynovun fotosunu görən Abbasov hiddətlənib “Onun şəklini əlimdə saxlamaq istəmirəm. Səbəbi yoxdur... Ona heç zaman barışıq əli uzatmaram. Tərifləsəm çox olar onun üçün... Heç zaman ona barışıq əli uzatmaram. Əvvəllər onun xətrini hardasa əziz tuturdum, amma sonradan gördüm ki, bu şəxs ağzının danışığını bilmir. Haqqımda mənfi rəylər danışır. Mən onun haqda danışsam gərək o çamadanını götürüb çıxsın Azərbaycandan. Ona görə də danışmaq istəmirəm. Artıq beynim “xərəb” olur. Əsəb keçirirəm. Bu şəxs ağzının danışığını bilmir. Rədd eləyin onun şəklini, cırıb, atın. Elə insanlar var ki, onların o qədər “üzləri” var ki, tanımırsan. Siz mənim kefimi tamamilə pozdunuz. Mən bura bu əhvalla gəlməmişdim”. 

Kərimin açdığı növbəti qutudan onunla qalmaqal yaşadığı keçmiş dostu müğənni Niyam Salaminin şəkili çıxıb. Abbasov “Niyam deyib, gülən insandır” deyərək mövzuya nöqtə qoyub. 

Növbəti qutulardan çıxan şəkillər isə Kərim Abbasovun düşmən kəsildiyi meyxanaçı Aqşin Fateh və Xalq artisti Tünzalə Ağayeva olub. Bundan daha da hiddətlənən Kərim yerinə oturaraq, həmkarları haqda danışmaq istəmədiyini vurğulayıb. 

Kərim sonda “Mən Zamiq haqda danışmaq istəmirəm çünki onun adı çəkilir və mənə əsəb verir. Onun üçün çoxdur ki, yanımda adı çəkilir. Sevmirəm o şəxsi. Ömür boyu dost kimi yaxınlaşdım. Qarşılıq verməkləri başlarına dəysin, lazım da deyil. Mənə artıq-əskik hərəkətlər eləməsinlər. Mən də sizə qarşı düzgün olmayan hərəkət edə bilərəm və eləyəcəyəm də. Bunu da görəcəksiniz...”.


 
Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO