Mətanət İsgəndərli: “Bu hadisədən sonra düşünürdüm ki, çölə çıxa biləcəyəm?” - VİDEO

Mətanət İsgəndərli: “Bu hadisədən sonra düşünürdüm ki, çölə çıxa biləcəyəm?” - VİDEO

Hazırda oxunan: Mətanət İsgəndərli: “Bu hadisədən sonra düşünürdüm ki, çölə çıxa biləcəyəm?” - VİDEO

181000

“Mədəkiçiltmə əməliyyatından sonra 45 kiloqram arıqlamışam. Arıqlayanda düşünürdüm ki, bu üzlə çölə çıxa biləcəyəm?. Amma düşünürdüm ki, sonra plastik əməliyyat etdirəcəyəm. Yaxın aylarda mütləq şəkildə əməliyyat olunacağam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətçi yaxın aylarda “üz gərmə” və “bədənşəkilləndirmə” əməliyyatı keçirəcəyini açıqlayıb: 

“Üz gərmə” əməliyyatı etdirmək istəyirəm. Düşünürdüm ki, “orucluq ayı”nda əməliyyata gedim. Mən 45 kiloqram çəki atmışam. Müəyyən problemlər yaranır. Kök olanda üz şişir, arıqlayandan sonra isə üzdəki dəri başlayır sallanmağa. Təbii ki, bu, təbii bir haldır. Amma mən heç bir əməliyyat keçirməmişəm.
Buna rəğmən üzümdə müəyyən problemlərin olduğunu bilirəm. Sağolsun vizajistim, mənə elə bir makiyaj edir ki, bu problem aradan itir. Təkcə “üz gərmə” deyil, eyni zamanda “bədənşəkilləndirmə” əməliyyatını da etdirəcəyəm. Əvvəlcə “Məhərrəmlik” ayında “üz gərmə”, ondan sonra isə “bədənşəkilləndirmə” əməliyyatı keçirəcəyəm. İki plastik cərrah həkimin seçimi arasında qalmışam” 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO