Dünya şöhrətli Hollivud ulduzu Bredli Kuperin qızı Leya ilə bağlı qalmaqallı açıqlaması gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Armchair Expert" verilişində danışıb.
49 yaşlı aktyor bildirib ki, atası onun yanında evdə həmişə çılpaq gəzib. Bunlar onun hafizəsində qaldığı üçün eyni ilə o da 6 yaşlı qızının yanında çılpaq gəzir.
“Mən həmişə belə olmuşam. Ana ilə yox, atamla. Atam həmişə çılpaq gəzirdi, həmişə onunla duş alırdım. Mən çılpaq olmaqdan tamamilə rahatam. Yataq otağım, hamam, tualet və yatağım bir otaqdadır. Qapılar yoxdur... Siz sadəcə pilləkənlərlə yuxarı qalxırsınız və o, bir mərtəbədir”, - deyə Bredli bildirib.
Sosial şəbəkə əhli aktyorun cəsarətli açıqlamalarını birmənalı qarşılayıb, onu sərt şəkildə tənqid ediblər:
“Öz dərinizdə nə qədər rahat olsanız da, ailənizin qarşısında çılpaq gəzməyiniz normal deyil”, “Bu, ədəbsizdir və sadəcə Hollivud aktyoru olduğu üçün bunu normal etmir. Leyanın gələcəkdə bunlara görə müalicəyə ehtiyacı olacaq”, “Uşaq Mühafizə Xidmətinə zəng edin, heç bir uşaq 24/7 valideynlərinin cinsi orqanlarını görmək məcburiyyətində deyil”.
Bəziləri daha çox çılpaqlığın özündən deyil, Kuperin proqramda bu barədə açıq danışmasından hiddətləniblər.
“Hər bir insanın həyatında müəyyən məqamlar var ki, onları ictimaiyyətə açıqlamaq olmaz”, “Həqiqətən də bu adamın müsahibə verməyi dayandırmasının vaxtı çatıb”, “Məşhurlar arasında bu yeni normaldır? Bunu ümumiyyətlə niyə paylaşırsınız? Özünüzə saxlayın!".
Leyanın anası dünya şöhrətli supermodel İrina Şeyk keçmiş sevgilisi B.Kuperin bu açıqlamalarına hələlik heç bir reaskiyası verməyib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:28 / 03.03.2024
Bredli Kuperin 6 yaşlı qızı ilə bağlı qalmaqallı açıqlaması ona baha başa gəldi - FOTO
Hazırda oxunan: Bredli Kuperin 6 yaşlı qızı ilə bağlı qalmaqallı açıqlaması ona baha başa gəldi - FOTO
Hazırda oxunan: Bredli Kuperin 6 yaşlı qızı ilə bağlı qalmaqallı açıqlaması ona baha başa gəldi - FOTO
180913
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.