Müğənni Nərmin Kərimbəyova yeni layihəsini təqdim edib.
Bizim.Media xəbər verir ki, sənətçi müəllifi Bahar Qəhrəmanlıya məxsus “Qaralama sevgi” adlı mahnını ekranlaşdırıb.
Sənətçi klipinin Tiflis şəhərinin gəzməli-görməli yerlərində lentə alındığını diqqətə çatdırıb.
Onların arasında 18-ci əsrə aid Marşal sarayı, “Gürcüstan salnaməsi” abidəsi var. Çəkilişlər bir həftə davam edib. Kərimbəyova klipin rejissorluğunu Nisə Cəfərovaya həvalə edib.
Rəşad Əliyev, Bizim.Media