Fatimə: “Mən hamilə olanda qayınanam döşəməni əllərimlə silməyə məcbur edirdi” – VİDEO 

Fatimə: “Mən hamilə olanda qayınanam döşəməni əllərimlə silməyə məcbur edirdi” – VİDEO 

Hazırda oxunan: Fatimə: “Mən hamilə olanda qayınanam döşəməni əllərimlə silməyə məcbur edirdi” – VİDEO 

180642

“Mən qayınanamdan qayınanalıq görməmişəm. Onun haqqında yaxşı danışa bilmərəm. Hamilə olarkən qayınanam mənə çox əziyyətlər verirdi. Bunları isə heç zaman unutmaram. Bu həyat bumeranqdır. Etdiyin mütləq sənə geri dönəcək”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Sənətçi keçmiş qayınanasının ona zülm verdiyini bildirib: 

“Qutab bişirmişdi, qoxusundan şişdim. Mənə vermədi, oğluna verdi. Acıqla oğluna dedi ki, “Ala, bunu ye!”. Qızımın atası da qapını bağladı ki, anası görmədən məni yedizdirsin. 16 yaşım var idi, ev işləri görməyi bilmirdim. Evin ərköyün qızı idim. Mən evdə əziyyət görməmişəm. Mənə deyirdi, evləri sil.

Əvvəl döşəməni taxta ilə təmizlətdirirdi, sonra deyirdi, yox, əlinlə sil. Söyləyirdi ki, bu, xeyirdir. Mən o zaman hamilə idim. Qızım dünyaya gələndə həyat yoldaşım başını divara vururdu ki, niyə hamının oğlu, mənim qızım doğulub? Qayınanam mənə zəng etdi ki, anangilə get. Həmin vaxt anam xaricdə idi, tək həmin evdə uşağa necə baxacağımı bilmirdim”. 
Qeyd edək ki, Fatimə Fətəliyevanın ilk evliliyindən Aydan adlı qızı, ikinci evliliyindən isə Hüseyn adlı oğlan övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO