Nyuşanın əri başqa qadınla öpüşərkən GÖRÜNTÜLƏNDİ – FOTO 

Nyuşanın əri başqa qadınla öpüşərkən GÖRÜNTÜLƏNDİ – FOTO 

Hazırda oxunan: Nyuşanın əri başqa qadınla öpüşərkən GÖRÜNTÜLƏNDİ – FOTO 

180636

Rusiyanın pop ulduzu Nyuşa həyat yoldaşı İqor Sivov tərəfindən xəyanətə uğrayıb. 

Bizim.Media xəbər verir ki, sənətçinin ərinin bir qaraşın qadınla qucaqlaşdığı və öpüşdüyü an çəkilən fotoları mətbuata sızıb. 

Şəkillər konsertdə lentə alınıb. Nyuşanın ətrafı yayılmış fotoları inkar etsələr də, sənətçinin ərinin sakitcə başqa bir qadınla üzə çıxması haqda teleqram kanalında məlumatlar dərc olunub.

Daha əvvəl müğənninin pərəstişkarları onun nikah üzüyünü çıxardığını, həm də Yeni ili əri olmadan qarşıladığını görüblər. Bundan əlavə, cütlüyün artıq bir-birini “Instagram”da izləmədikləri üzə çıxıb. Eyni zamanda, daha əvvəl İqor Nyuşanı ikinci övladını gözləyərkən aldatmışdı.
Lakin müğənni onu bağışlamışdı. Yanvarın ortalarında müğənninin ətrafı hətta boşanması ilə bağlı şayiələri təkzib etməli olmuşdu. Daha sonra ulduzun direktoru Denis Orlov fanatların şübhələrinin əsassız olduğunu bildirmişdi. Boşanma və xəyanət haqqında söhbətlərə baxmayaraq, Nyuşa həmkarı Natalya Podolskayaya bu yaxınlarda verdiyi müsahibədə Sivovu gözəl ata adlandırmışdı. Onun sözlərinə görə, İqor uşaqları sevir və onlarla yaxşı münasibət qura bilir. 

Qeyd edək ki, Nyuşa və İqor Sivov 2013-cü ildə, keçmiş məmurun hələ evli olduğu vaxt tanış olublar.

3 il sonra İqor boşanır və 2017-ci ildə Nyuşa ilə evlənir. 2018-ci ilin payızında sənətçi ilk övladını dünyaya gətirir. Qızına Serafim-Simba adını verib. 14 dekabr 2021-ci ildə cütlük ikinci övladlarını, oğlu Saffronu dünyaya gətirib. 







Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO