Xəbər verdiyimiz kimi, ötən gün paytaxtın dəbdəbəli restoranlarının birində keçmiş xəbər aparıcısı Alidə Mustafayeva və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun təmtəraqlı toy məclisi baş tutub. Mediaya qapalı keçirilən məclisdə şou-biznesin məşhur simaları eləcə də televiziya ulduzları yer alıblar.
Bizim.Media xəbər verir ki, xanım məşhurlar Alidənin özəl günü üçün xüsusi olaraq hazırlaşıblar.
Kimi geyimində sadələyə üstünlük verib, kimi də həmcinslərindən seçilmək üçün qarderobunun ən al-əlvan libasını seçib.
Gəlin birlikdə ulduzların geyindiklərinə nəzər salaq:
Redaksiyamızın əməkdaşının əldə etdiyi məlumata görə, Günay İbrahimli yaxın rəfiqəsi Alidənin məclisinə saat 20:00 radələrində gəlib. Sənətçi özəl gecə üçün sinə və kürək dekolteli uzun libas seçib. Əlbisədə diqqətçəkən məqam geyimin sinə və kürək hissəsinin yaşıl, ətəyə qədər uzanan hissəsinin isə qara rənglə kombinə olmasıdır. İbrahimlinin bərq vuran obrazını qoluna taxdığı iri ölçülü saat, brilliant daşlarla bəzədilmiş boyunbağı, həcmli sırğalar və miniatür gümüşü rəngli çantası tamamlayıb. Günay gecədə 3 mahnı ifa edib.
Məclisin aparıcılığını öz üzərinə götürən Zümrüd Bədəlova görünüşü ilə göz qamaşdıran məşhurlardan olub. Belə ki, Zümrüd sinə və kürək dekolteli, üst hissəsi belə qədər uzanan karsetdən ibarət uzun bej rəngdə libas geyinib. Geyimin özəlliyi isə üzərindəki xırda işləmələr olub.
Aparıcılar, Samirə Mustafayeva, Turanə Hüseynli, Səma Abıyeva, Jalə Həsənli, Nübar Əbil və Əməkdar artist Nailə İslamzadə sadəliyə üstünlük veriblər. Bu xanımların hər biri müxtəlif biçimli qara rəngdə zərif libas geyiniblər.
Fəridə Abdulla və Könül Arif isə yalnız rəng baxımından həmkarlarından fərqləniblər. Belə ki, onlar əyinlərini yaşıl rəngdə libasla bəzəyiblər.
"Xəzər" televiziyasının ulduz aparıcıları Lalə Azərtaş və Nigar Mahmudova geyimlərində bej tonlarına üstünlük veriblər.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
21:02 / 29.02.2024
Xanım məşhurlar icra başçısı ilə ailə quran aparıcının toyuna nə geyindilər? - FOTO
Hazırda oxunan: Xanım məşhurlar icra başçısı ilə ailə quran aparıcının toyuna nə geyindilər? - FOTO
Hazırda oxunan: Xanım məşhurlar icra başçısı ilə ailə quran aparıcının toyuna nə geyindilər? - FOTO
180531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.