İcra başçısı ilə ailə quran aparıcının mediaya qapalı keçirilən toyundan FOTO/VİDEO

Hazırda oxunan: İcra başçısı ilə ailə quran aparıcının mediaya qapalı keçirilən toyundan FOTO/VİDEO

180351

Xəbər verdiyimiz kimi, keçmiş xəbər aparıcısı Alidə Mustafayeva Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovla bu gün ailə qurur.

Bizim.Media xəbər verir ki, paytaxtın məşhur restoranlarından birində cütlüyün toy məclisi keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

İcra başçısı ilə telejurnalistin xınayaxdı mərasimi Xocalı faciəsinin ildönümündə BAŞ TUTUB?  


Toyla bağlı Bizim.Media-nın əməkdaşı bəzi detallı üzə çıxarıb.

Belə ki, məkana Alidə və Seymur xüsusi olaraq onlar üçün ayrılan dörd avtomobildən ibarət kortejlə daxil olublar. Restoranın ətrafı  gücləndirilmiş polis və mühafizə xidmətinin işçiləri ilə əhatə olunub.

Məclisin aparıcılığı Zümrüd Bədəlovaya həvalə edilib. Musiqi hissəsinə gəlincə isə məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu öz ansamblı ilə  gecə boyunca çıxış edib.

Gənc ifaçı Sadiq Məmmədov isə istər şən istərsə də lirik nəğmələri ilə məclisə rəng qatıb.

Toy başlamazdan əvvəl çəkilişin tamamilə qadağan olunduğu barədə bütün qonaqlara əvvəlcədən xəbərdar edilib. Mediaya heç bir görüntü və ya foto sızılmaması üçün hər masanın başına bunun üçün xüsusi mühafizə işçiləri ayırılıb.

Mərasimdə bir çox şou-biznes nümayəndəsi və televiziya ulduzları iştirak ediblər. Aktyor Nicat Rəhimov aparıcı Tural Əsədov, müğənni Elçin Cəfərov, aktyorlar Elşən Orucov və İlkin Həsəni ilə əyləşdiyi masadan çəkilən görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Bundan başqa aparıcı Fəridə Abdulla da paylaşımları ilə diqqət çəkib. Belə ki, o, Əməkdar artist Nailə İslamzadə ilə toyda çəkdirdiyi şəklini yayımlayıb.

Toyda həmçinin aparicilar Samirə Mustafayeva, Ceyhun Əli, Turanə Hüseyn, Lalə Azərtaş, Elman Bakuvi, Sənan Şəfizadə, Azər Süleymanlı da iştirak ediblər.

Qeyd edək ki, Seymur Orucov sabiq deputat Şəmsəddin Hacıyevin qızı Çeşmə Hacıyeva ilə ailəli olub. Onların bu izdivacdan 4 övladı dünyaya gəlib. 2 il əvvəl isə Seymur və Çeşmə rəsmi şəkildə boşanıblar.



















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO