Miri Yusifin konserti üçün bilet satışı təyyarə sürəti ilə uçur... – FOTO 

Hazırda oxunan: Miri Yusifin konserti üçün bilet satışı təyyarə sürəti ilə uçur... – FOTO 

180272

Ölkənin sevilən ifaçısı Miri Yusif yeni konsert proqramına yüksək səviyyədə hazırlaşır. 

Bizim.Media xəbər verir ki, görüş yeri kimi on ildir ənənəyə sadiq olaraq Yaşıl Teatr seçilib.

Konsert 12,13 və 14 iyul tarixlərində baş tutacaq. 

Fevral ayının hələ də soyuq olmasına baxmayaraq, Miri Yusifin yay konsertinə biletlərin satışa çıxarılması əsl səs-küyə səbəb olub. “Iticket” kassalarında satışların başlanması ilə bir həftə ərzində artıq 800-dən çox bilet satılıb. 

Qeyd etməliyik ki, Miri Yusif harada olursa olsun, onun bütün çıxışları həmişə böyük coşqu ilə müşayiət olunub. Müğənninin pərəstişkarları onda həm böyük konsert salonlarını, həm də bütün stadionları işıqlandıra bilən xüsusi bir istedadın olduğunu bildirirlər. 

Təsadüfi deyil ki, Miri Yusifin gözlənilən yeni konsert proqramı yenidən böyük ajiotaja səbəb olacaq.

Müğənninin hər konserti ərəfəsində sosial şəbəkələrdə pərəstişkarları bilet əldə etməyin mümkün olmadığından şikayətlənirlər. Hər bir şanslı bilet sahibi əmin ola bilər ki, onu möhtəşəm bir şou gözləyir. 

Bu müddət ərzində isə Xalq artisti bütün enerjisini xalqa verərək bacardığından da artığını səhnədə nümayiş etdirəcək. Musiqiçinin hər ifası o qədər rəngarəng və enerji dolu olacaq ki, konsertin sonunda təkcə musiqiçi deyil, həm də onunla birgə saatlarla oxuyan pərəstişkarlarının da enerjisi tükənəcək. 

Məhz dinləyicilərinə xüsusi yanaşması sayəsində Miri Yusifin konsertləri pərəstişkarlarının aylarla gözlədiyi əsl möhtəşəm hadisəyə çevrilir. İndi sevimli müğənni pərəstişkarlarına Yaşıl Teatrda üç unudulmaz axşam vəd edir. 
Bununla əmin ola bilərsiniz ki, qarşıdan gələn konsert isti yayın ən sərin və möhtəşəm mədəni hadisəsi olacaq.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO