Miranda Kerr 4-cü dəfə ANA OLDU - FOTO

Hazırda oxunan: Miranda Kerr 4-cü dəfə ANA OLDU - FOTO

180227

Dünyaca məşhur avstraliyalı supermodel Miranda Kerr və əri Evan Spinel dördüncü dəfə valideyn olublar.  

Bizim.Media xəbər verir ki, aşiqlərin oğlan uşağı olub. 

Onlar körpəyə Pierre adını veriblər. 

Miranda bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb.  

Podium ulduzu çiçək buketi, sarı uşaq çəkmələri və körpənin adı yazılmış mavi yorğan şəklini paylaşaraq “Kiçik günəş şüamız Pierre Kerr Spinelin doğulduğunu elan etməkdən çox şadıq. Xoşbəxtik!” sözlərini yazıb.  

Qeyd edək ki, 2003-2004-cü illərdə Miranda broker Adrian Camilleri ilə görüşürdü. Maliyyə fırıldaqlarında təqsirli bilinəndən sonra qız ondan ayrılıb. Hətta bəzi qəzetlər modelin onun məsləhətinə qulaq asaraq maddi cəhətdən əziyyət çəkdiyini iddia etsə də, məhkəməyə verməmək qərarına gəlib. 

Daha sonra Kerrin həyatında “Tamarama” solisti Cey Lyon var idi. Miranda “Everything To Me” qrupunun klipində rol alıb. Tezliklə 2007-ci ilə qədər davam edən bir əlaqə başlayıb.  

2010-cu ildən 2013-cü ilə qədər Miranda aktyor Orlando Blum ilə evlənib və ondan Mirandanın adını qoyduğu Flinn Kristofer Blençard Kouplend Blum adlı oğlu var.  

2014-cü ildə Miranda biseksuallığını etiraf edib. 

27 may 2017-ci il tarixindən etibarən Miranda toydan əvvəl 2 il birlikdə olduğu milyarder, “SnapChat”ın yaradıcısı Evan Spinel ilə evlənib.

7 may 2018-ci ildə Miranda və Evanın babasının adını daşıyan Hart Kerr Spinel adlı oğlan övladı dünyaya gəlib. 29 mart 2019-cu ildə cütlüyün evliliklərində ikinci uşaq gözlədikləri məlum olub. 7 oktyabr 2019-cu ildə Miranda üçüncü oğlu Maylsı dünyaya gətirib.  


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO