Mehriban:

Mehriban: "”Kasıb, valideynləri nitq qüsurludur” deyib, qonşu qoymadı məni alsınlar" - VİDEO

Hazırda oxunan: Mehriban: "”Kasıb, valideynləri nitq qüsurludur” deyib, qonşu qoymadı məni alsınlar" - VİDEO

180188

"8-ci sinifdən artıq məktəbdə yox idim. Çünki gedib oyuncaq fabrikində işləyirdim. Həyatımdan küsmüşdüm. Ölkəni tərk edib, getmək istəyirdim"

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova ekspert qismində iştirak etdiyi "Bizimləsən" ictimai-sosial verilişində deyib.

Həyatında üzləşdiyi çətinliklərdən söz açan sənətçini qəhər boğub. Bu anda yeniyetmə yaşlarında çəkilən fotosu monitorda göstərilərkən, proqramın aparıcı Zaur Baxşəliyevin "Bu yaşda sevmişdin?" sualına aktrisanın cavabı belə olub:

"Kasıb idik, anam-atam eşitmə və danışma məhdudiyyətlidir deyə, qonşu qoymadı məni alsınlar. Gözümün qabağında nişan apardılar. Bu hadisədən sonra Azərbaycanı tərk etmək istəyirdim, amma Allahıma qurban olum, Moskvada baş rola dəvət aldım. Kimim var idi ki? Tanımadığım bir insan dedi ki, “"Sarıköynək" obrazını bu, oynayacaq”. Mən bilmirdim ki, aktrisa olacağam. Məktəbi pis oxumuşam. Amma azərbaycan dili və ədəbiyyat dərslərini bir az bilirdim. 

Qonşu oğlan idi, başqa bir rayona nişan apardılar. Biz birinci, onlar isə dördüncü mərtəbədə qalırdılar. Dedilər ki, “kasıbdırlar, valideynləri qüsurludur”. 17 yaşım var idi, biri-birimizi sevirdik. Amma o, özü də xoşbəxt olmadı.
Bizi ayıranın da başına çox şeylər gəldi. Oğlan evi nişan aparanda çox ağlamışdım. Amma Allah məni bu baş rolla depressiyadan xilas etdi".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO