Xəbər verdiyimiz kimi, bu gün Türkiyəli müğənni Ebru Gündeşin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) toyu olub.
Bizim.Media xəbır verir ki, sənətçi iş adamı Murat Osmanla Dubay şəhərində nikah masasına oturub.
Cütlüyün dəbdəbəli toyundan görüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, Ebru Gündeş daha əvvəl 3 dəfə ailə qurub və boşanıb. Onun ikinci əri, iş adamı Rza Zərrabdan Alara adlı bir qız övladı var. 2 dəfə evli olan Muradın isə 3 övladı var.
Rəşad Əliyev, Bizim.Media