Mehriban Xanlarova efirdə dalaşıb, studiyanı tərk etdi – VİDEO 

Hazırda oxunan: Mehriban Xanlarova efirdə dalaşıb, studiyanı tərk etdi – VİDEO 

180153

Əməkdar artist Mehriban Xanlarova efirdə əsəbiləşərək, studiyanı tərk edib. 

Bizim.Media xəbər verir ki, hadisə sənətçinin ekspert qismində iştirak etdiyi “Bizimləsən” ictimai-sosial verilişinin canlı yayımında baş verib. 

Davaya səbəb sözügedən verilişə pənah gətirən şikayətçinin aktrisaya “Sənin haqqında olan məsələləri açıb, danışaram” deməsi olub. Xanlarova bu sözlərdən sonra əsəbiləşərək, od püskürüb: 

“Mənim ürəyim doludur. Mən gizli qalan məqamları açsam, bütün hər şey dağılar. Hər şey... Amma susuram! Qurban olsunlar Zaura (proqramın aparıcısı Zaur Baxşəliyevi nəzərdə tutur – red.). Mənim “Facebook”um, “Instagram”ım var, amma “TikTok”um yoxdur. Lazım olsa, o da olar. Sübutlarla bir tək “Instagram”dakı səhifəm bəsdir ki, vuraram yerə, qaldıraram göyə... Getsinlər, Zaura qurban olsunlar. Daha bu haqda danışmayacağam. Bu insanlar (studiyada əyləşən şikayətçiləri nəzərdə tutur – red.) gedəcək, başqaları gələcək. Amma biz buradayıq. İllərin dostu və illərin sənətkarıyam. Mənə çox pis təsir edir ki, burada şikayətçilərdən biri deyir ki “sənin nəyinisə açıb danışaram”. Mənim alnım açıq, burada oturmuşam... Aç, görüm sənin açdığın keçərlidir, yoxsa mənim... İnsana hörmət qoyanda o hörməti aşmaz. Baryeri aşma! Sən kimləsə dava edirsən, məni niyə qatırsan öz söhbətinizə? Mən iki dəqiqəlik studiyadan çıxmaq istəyirəm, ürəyim döyünür”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO